Diplomatik cəbhə: Ər-Riyad danışıqlarının yekunları
27.03.2025

ABŞ Ukraynaya təzyiq edir, amma Rusiyaya demək olar ki, heç bir təzyiq göstərmir. Səbəb bəllidir – Ağ Evdə Tramp oturub.

Ukraynanın siyasi rəhbərliyi bəzən əlverişsiz razılaşmalara getmək məcburiyyətində olur və bu səbəbsiz deyil:

1) "Qırğın"da günahlandırılmaq istəmir (ABŞ son vaxtlar bu termini daha dramatik təsir yaratmaq və Ukraynaya təzyiq göstərmək üçün istifadə edir. Halbuki bu qırğın deyil, təcavüzdür).

2) ABŞ-la gərginliyi istəmir.

Buna görə də Ər-Riyadda Ukrayna infrastruktur obyektlərinə hücum etməmək və Qara dənizlə bağlı bəzi razılaşmalara getdi. Xüsusilə Qara dəniz məsələsi Ukrayna üçün əlverişsizdir, çünki Rusiya olmadan da Ukrayna taxıl dəhlizini təşkil edib və o işləyir. Amma bu, müəyyən qədər başadüşüləndir və dözümlüdür.

Növbəti mərhələ – Rusiya üzərindən bəzi sanksiyaların ləğvinin başlanılmasıdır. Rusiya infrastruktur və Qara dəniz məsələlərinin dondurulması müqabilində bir neçə bankın SWIFT-ə qoşulmasını tələb edir. Bunu isə yalnız Avropa edə bilər. Edəcəkmi?

Zelenski bu gün Parisdə bu məsələni Makronla müzakirə edəcək.

Lakin Rusiya bununla kifayətlənmir. Onlar Trampın onların tərəfində olduğunu bilirlər və ağlasığmaz tələblər irəli sürürlər.

Ən ağlasığmaz tələb, Rusiyanın nəzarət etmədiyi ərazilərə iddialarıdır. ABŞ hələlik bu haqda açıq danışmağa cəsarət etmir, eləcə də Ukraynaya bu məsələ ilə bağlı təzyiq göstərməkdən çəkinir. Ukrayna isə bunu birmənalı şəkildə keçilməz "qırmızı xətt" elan edib.

Parisdə Zelenski Avropanın dəstəyini qazanmağa çalışacaq. Avropa yüksək səslə belə bir şeyin heç vaxt baş verməyəcəyini bəyan etməlidir. Ukraynaya bir dayaq nöqtəsi lazımdır.

Kamran Cəfərov

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8