Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir
25.04.2024

Bu gün Bakıda toplanmağımız böyük birliyimizin, dostluğumuzun bariz nümunəsidir.

Bu fikirləri Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Favziyeva səsləndirib.

Türk dövlətləri arasında daim genişlənməkdə olan əlaqələrdən danışan Özbəkistan parlamentarisi bildirib ki, TDT-yə üzv ölkələrin qanunverici orqanları arasında əlaqələrin də möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Türk dövlətlərinin iqtisadiyyat, ekologiya, elm, texnika, innovasiya və digər sahələrdə əməkdaşlıq əlaqələrinin gücləndirilməsini qeyd edən D.Favziyeva deyib: “Ölkələrimiz arasında parlamentlərarası əlaqələrin dərinləşdirilməsi günün, zamanın tələbidir. Biz daha səmərəli əməkdaşlıq imkanlarını müzakirə etməliyik. Birliyimiz davamlı və sarsılmaz olsun”.

visiontv.az