Dehdəştdə etiraz aksiyalarında 25 nəfər həbs edilib
17.02.2025

İranın Kohqiluye və Boyer Əhməd əyalətinin Dehdəşt şəhərində keçirilən etiraz aksiyalarında iştirak edən 25 nəfər həbs edilib.

Bu barədə insan ahqları təşkilatları məlumat yayıb.

Məlumata görə, saxlanılanlar SEPAH-ın və Təhlükəsizlik Nazirliyinin yerli təcridxanalarına köçürülüb.

15-nin kimliyi müəyyənləşdirilən məhbusların həbs edildikləri zamna ağır döyüldükləri bildirilib.

Qeyd edək ki, etiraz aksiyaları ölkədə elektrik enerjisinin verilişində uzun fasilələrin yaranmasından və Enerji Nazirliyinin problemin həlli üçün vətəndaşlara qənaət barədə çağırışından sonra sonra başlayıb.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8