Ceyhun Bayramov Çexiya Baş naziri ilə görüşüb
23.04.2024

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiya Baş naziri Petr Fiala ilə görüşüb.

Bu barədə  Azərbaycan  XİN-in mətbuat  xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və Çexiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, COP29-la bağlı məsələlər və regionda münaqişədən sonrakı dinamika müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan XİN rəhbəri Çexiyada rəsmi səfərdədir.

visiontv.az