Cevdet Yılmaz: Azərbaycan və Türkiyə “bir millət, iki dövlət” şüarına uyğun olaraq yoluna davam edəcək
08.05.2024

Qarabağın işğaldan azad edilməsi tarixi Zəfər və uğurdur.

Bunu Ankarada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının nəticələrinə dair mətbuat konfransı zamanı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib. O qeyd edib ki, iki ölkə hər zaman olduğu kimi, “bir millət, iki dövlət” şüarına uyğun olaraq yoluna davam edəcək. Cevdet Yılmaz Azərbaycanın Türkiyənin zəlzələ baş verən bölgələrinə göstərdiyi yardımı da yüksək qiymətləndirərək, Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

visiontv.az