Bunkerlərə elə də bel bağlamayın - VİDEO
Bunkerlərə elə də bel bağlamayın - VİDEO
07.10.2024 Şöhrət El-Dəniz Tərəfindən

Çatana çatırsınız çatmayana da ya bir daş, ya da hədə qorxu atırsınız. İsrail başınıza gətirmədiyi oyun qalmadı, amma siz yenə də qonşuları asıb-kəsirsiniz. Elə bil Həması darmadağın edən, liderini Tehranın mərkəzində vurub öldürən, Nəsurullah başda olmaqla 19 rəhbər kadrosundan 18-ni öldürən, əlində peycer, telefon partladaraq 4 mindən çox Hizbullah terrorçusunu sıradan çıxardan İsrail yox, qonşu müsəlman dövlətləri idi. Bütün günü İsraildən, ABŞ-dən çox ərəb dövlətlərinə, Türkiyəyə və Azərbaycana hədə-qorxu gəlirsiniz ki, bombalayacağıq, raketlə vuracağıq, asacağıq, kəsəcəyik. Neynəmişik axı sizə alıb verə bilmirsiniz?

Şöhrət El-Dəniz

visiontv.az