2024-cü il ərzində 33 məktəb binası tikilib və ya təmir edilib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, azad edilmiş ərazilərdə 5 məktəb istifadəyə verilib və fəaliyyətə başlayıb: "Növbəti ildə məktəbəqədər təhsillə bağlı 467,4 milyon manat vəsait nəzərdə tutulub. 5 yaşlı uşaqların məktəbəhazırlığa cəlb edilməsi 87 %-ə çatıb”.