Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anım günüdür
18.09.2024

18 sentyabr böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anım gündür. Onun vəfatından 118 il ötür.

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində alıb. Tibb kollecində təhsil aldıqdan sonra Xorasanda, daha sonra yenidən Tehranda notarius və bank işlərində çalışıb.

Şəhriyarda ədəbiyyata maraq uşaqlıqdan olub. Bu sahədə peşakarlaşmasında valideynlərinin az rolu olmayıb. O, 7 yaşından azərbaycanca, 9 yaşından farsca şeirlər yazırdı.

Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunmuşdur.

Şəhriyar şeirlərini Azərbaycan türkcəsində və fars dillərində yazmışdır. O, İran ədəbiyyatının ən görkəmli liriklərindən sayılır.

13 mart 1996-cı ildə Azərbaycan və İran ədəbiyyatlarının inkişafında böyük xidmətləri olan Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsinin Azərbaycanın ədəbi-mədəni həyatı üçün müstəsna əhəmiyyətini nəzərə alaraq qərar qəbul edilmişdir. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi tarix İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Şəhriyarın vəfat etdiyi gün - sentyabrın 18-i 2002-ci ildən İran milli şeir və ədəbiyyat günü kimi Parlamentdə təsdiq olunub.

Məhəmmədhüseyn Şəhriyar uzun müddət davam edən xəstəlikdən sonra 18 sentyabr 1988-ci ildə 82 yaşında Tehranda vəfat edir. Məzarı Təbrizdə "Şairlər məqbərəsi"ndədir.

BAKU.WS