Böyük Britaniyanın sabiq baş naziri Qərbi Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə və Ukraynaya dondurulmuş Rusiya aktivlərini verməyə çağırıb. Bu barədə Ukrayna Müdafiə Sənayesi Milli Assosiasiyası (NAUDI) məlumat yayıb.
Hazırda Londonda NAUDI-nin dəstəyi ilə "Azadlıq Sammiti" keçirilir — bu tədbir təhlükəsizlik, müdafiə və texnologiya sahələrində demokratik ittifaqların gücləndirilməsinə həsr olunub.
Siyasətçinin fikrincə, müharibəni yalnız Qərbin gücü və qətiyyətli addımları dayandıra bilər. Conson ikincili sanksiyaların genişləndirilməsinin zəruri olduğunu vurğulayıb və təxminən 300 milyard dollar dəyərində dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə çağırıb. Bu vəsaitin reparasiya kimi Ukraynaya verilməsini tamamilə qanuni hesab edir. “Bu tamamilə qanunidir. Əgər ukraynalılar bu vəsaitlə silah hazırlayacaq və ya alacaqlarsa – daha da yaxşı”, – deyə Conson bildirib.
visiontv.az