Bölünmə tariximiz və birləşmə perspektivimiz...
15.10.2024

Çar Rusiyası ilə Qacar dövləti arasında imzalanan və tarixi Azərbaycan ərazilərinin Rusiya ilə indiki İran arasında bölünməsinə səbəb olan "Gülüstan müqaviləsi"nin imzalanmasından 211 il ötür.

1813-cü ilin 12 oktyabr tarixində imzalanan sözügedən müqavilə ilə Azərbaycan xanlıqlarının Rusiya ilə İran arasında bölüşdürülməsinin birinci mərhələsi gerçəkləşdirildi.

İran bu gün Azərbaycan Respublikasının ərazilərini "tarixi İran vilayətləri" hesab etdiyi kimi, biz də "Gülüstan müqaviləsi"nə və "Türkmənçay müqaviləsi"nə istinad edib, Güney Azərbaycanın tarixi Azərbaycanın bir hissəsi olduğunu bəyan edə və Təbriz, Ərdəbil, Zəngan, Səlmas, Xoy, Mərənd, Urmu, Marağa, Germi, Meşkin, Miyanə və s. əyalətlərin Azərbaycan Respublikasına birləşdirilməsi tələbi ilə çıxış edə bilərik.

Bəybala Mirzəyev

visiontv.az