Bizim müxalifətə inansaq, Ukrayna Kursk bölgəsində Rusiyanı qovur: Bəs real vəziyyət necədir?
Bizim müxalifətə inansaq, Ukrayna Kursk bölgəsində Rusiyanı qovur: Bəs real vəziyyət necədir?
21.08.2024 Elbəyi Həsənli Tərəfindən

Bizim müxalifətə inansaq, Ukrayna Kursk bölgəsində Rusiyanı qovur. Rusiya da Ukraynanın qabağından qaçır. Özü də dovşan kimi. Bəs real vəziyyət necədir?

“Al Jazeera”da gedən “Ukraine orders families to leave key city of Pokrovsk amid Russian advances” (Rusiyanın irəliləyişləri fonunda Ukrayna ailələrə açar-şəhər olan Pokrovski tərk etməyi əmr etdi) adlı məqalədə deyilir ki, Kursk bölgəsində Ukraynanın həyata keçirdiyi ildırımsürətli hücuma baxmayaraq yerli (Ukrayna) hakimiyyət orqanları bildiriblər ki, Rusiya qüvvələri o qədər sürətlə irəliləyir ki, ailələr çərşənbə axşamından etibarən şəhəri və yaxınlıqdakı digər qəsəbə və kəndləri tərk etməlidir: "Rəsmilərin dediyinə görə, Pokrovskda 53 minə yaxın insan hələ də yaşayır, Rusiya ordusu irəlilədikcə bəziləri artıq evlərini tərk edib.

Donetsk qubernatoru Vadim Filaşkin bazar ertəsi evakuasiya qərarını “zəruri və qaçılmaz” adlandırıb.

Pokrovsk Ukraynanın əsas müdafiə qalalarından biridir və Donetsk bölgəsində əsas logistika mərkəzidir. Onun 2022-ci ilin fevralında Ukraynaya hücum edən Rusiya tərəfindən tutulması Ukraynanın müdafiə qabiliyyətini və təchizat yollarını pozacaq və Rusiyanı bütün Donetsk bölgəsini ələ keçirmək məqsədinə yaxınlaşdıracaq.

Kiyevin şərq cəbhəsindəki təzyiqi azaltmaq cəhdlərindən biri avqustun 6-da Rusiyanın Kursk bölgəsinə gözlənilmədən müdaxiləsi idi ki, bu da digər məqsədlərlə yanaşı Kremli əsəbiləşdirmək və onu hərbi resurslarını parçalamağa məcbur etmək idi"...

İnsanları aldatmaq olmaz. Aldadırsızsa, deməli, təmanalısz, şəxsi maraqlarınızdan çıxış edirsiz...

Kimsə deyə bilər ki, “Al Jazeera” qərəzlidir. Onda bu gün "BBC" də gedən bu yazıya diqqət edək. Adı belədir: "Ukraine orders evacuation of city as Russia gains" (Rusiya irəlilədiyi üçün Ukrayna şəhərin boşaldılmasını əmr edir). Bu məqalədə də söhbət Pokrovsk şəhərinin işğal ərəfədsində olmağından gedir. Aşağıda təqdim etdiyim xəritə-foto da həmin məqalədən götürülüb...

Xəritəyə diqqət edin. Orasını özünüz düşünün ki, Pokrovsk şəhəri əldən çıxsa, Ukraynanın vəziyyəti necə olacaq.

May be an image of map and text

Əlbəttə, Rusiya-Ukrayna müharibəsi slavyan xalqarı üçün böyük bir faciədir. Bu müharibə Rusiyanı sarsaq bir kökə saldı. Rusiyanın hərbi gücü ilə bağlı uydurulmuş miflər dağılıb getdi. O da aydındır ki, Ukraynanın da vəziyyəti ürəkaçan deyil. Ölkə darmadağın olub. Ukraynanın bərpası üçün on illərlə vaxt lazımdır...

Elbəyi Həsənli

visiontv.az