Bizim məktəb düşüncəmizin yeni əsası "rus tatar məktəbi"dır
06.07.2024

"Rus tatar məktəbi"nin qurucuları provoslav missionerlerdir.

Nikolay İliminskinin hazırladığı "rus provoslavlığına" keçid nəzəriyyəsinin əsasında təşkil edilib.

Alman Qerbertin yeni təhsil metodu ilə uyğunlaşdırılıb,

O da Kantı əsas alıb, Kantın tələbəsidir.

İlk əsas üzərində qurulur bu nəzəriyyə,

Birincisi, "Ana dili", ikincisi "xalq musiqisi".

Ana dili "danışılan dili" xalq musiqisi isə "Kilsə xor"unu mərkəzə alıb, yeni səhnə yaratmaq üçün teatr hazırlayar.

İliminskinin dərdi nə idi?

"Yunan rus kilsəsi" yunanların din adına bilənlər hegemoniyasına son qoydu, Rus provoslav olaraq yeni kimliyinə əsas hazırladı.

Artıq yunan teologisinə ehtiyacı yox idi,

Özü önə çıxmalı idi. "Yunan"dan xilas olan "Rus" birinci sırada dayanıb, "Rus tatar" inşa edərkən Yunanın yerini aldı.

Rusca dil olaraq teologidən xilas olan dil kimi meydana çıxdı, Puşkunlər, Qoqollar bu işin yeni teoligi əsaslarını qurdular.

Dilin teologi mətni mərkəzdən çıxdı, köməkçi elementə döndü.

Və bu Dilin ahənci yeni Xoru ortaya çıxardı,

Musiqi Teatrın xoruna çevrildi. Söz isə Tanrıların mədhiyyəsinə xidmət edən iqtidar olma missiyasını qazandı.

Dil və musiqi ilə yeni teologi Din teoligisini əvəzlədi.

Həyatın içində Rusca ilə Xor yeni kimliyini yaratdı.

İndi ortada Rusca və Xor var, ifa edənlər isə şəxslər deyillər, şeylərdir.

Səhnədə şeylər və bu şeylərin arasında qədərinin acısını yaşayan rollar var. Maskalar dəyişməz, rollar oynanılar.

İnsan yox, aktyorlar fəaliyyətin üzüdür.

Ruscanın "rus tatar" dünyası bu əsaslarla quruldu,

"Milli" məsələsi də budur.

"Milli" bizim rusca əsasımızdır. "Dil mərkəzli Xor" bizləri "milli" edən şeydir.

Bu şeylərdən xilas ola biləcəyikmi?

Xalq dili kimi kitabı deyil, danışılan dili mərkəzə alan millilik hələ ki, yaşayır.

Hələ ki, şeylərin arasında ara üzün icadı olan vasitəçilərə möhtacıq.

"Milli" əsası rusca qurulan Xalqların yeni əsaslara ehtiyacı var,

O əsasların işarətləri ortadadır,

Dirəniş isə aradadır,

Bu ara bitəndən sonra yeni Üz ortaya çıxacaq,

Bu aradakı tərcüməçidir.

Şəkilin açıqlaması yoxdur.

İdris Heydərli

visiontv.az