Bir gün xalq İslam Respublikasına qarşı çıxsa, hökmət onları dəyənəklə susdura bilməyəcək
03.04.2025

İranlı məşhur din xadimi və sabiq millət vəkili Rəsul Montəcebniya ölkədə insanlara göstərilən basqılara toxunaraq deyib ki, “əgər bir gün xalqın əksəriyyəti İslam Respublikasına qarşı çıxsa, hökmət onları güc və dəyənəklə susdura bilməyəcək”.

İnsanların bu nöqtəyə gəlməsinə imkan verilməməsinin vacibliyini qeyd edək din xadimi bildirib:

“Xalqa bir həftə sərbəstlik verin, onda görəcəksiniz ki, onların neçə faizi bizimlədir və neçə faizi bizə qarşıdır. Əgər bir çox insan İslam Resbulikasından, eləcə də İslamdan uzaqlaşırsa, bu bizim səriştəsizliyimizdən xəbər verir”.

visiontv.az