Bəzi musiqi məktəblərində müəllimlərin təhsil səviyyəsi ürəkaçan deyil
06.12.2024

"Azərbaycanda demək olar, hər qəsəbədə musiqi məktəbi var, amma bəzi hallarda müəllimlərin təhsil səviyyəsi ürəkaçan deyil".

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı brifinqdə çıxışı zamanı deyib.

"Biz sadəcə görmək istəyirik ki, bizim müəllim qüvvəmiz, keyfiyyətimiz hansı səviyyədədir. Mütəmadi baxış, resursların qiymətləndirilməsi təbii haldır və biz bunu hər sahədə görə bilərik", - deyə o qeyd edib.