Rusiya Prezidenti Vladimir Putin Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd Moskvaya qaçandan sonra onunla görüşmədiyini bildirib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Putin bu barədə ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında qeyd edib.
"Əsəd Moskvaya gəldikdən sonra onu hələ də görməmişəm. Lakin onunla görüşməyi planlaşdırıram", - Putin vurğulayıb.