Belçikanın baş naziri Trampa və FİFA-ya eyham vurub
11.07.2026

“Biz Ukraynaya ümumi dəyəri 70 milyard avro olan iki hərbi yardım paketi təqdim edəcəyik.

Beləliklə, bu, Putin üçün çox ciddi “qırmızı vərəqə” siqnalıdır. Bildiyiniz kimi, “qırmızı vərəqə”ni sadəcə geri götürmək olmaz”.

Bart De Veverin digər bəyanatları:

 ABŞ-ın İrana hücumu barədə: “NATO Nizamnaməsinin 5-ci maddəsində deyilir ki, əgər siz hücuma məruz qalırsınızsa, o zaman hamımız birlikdə bir-birimizi müdafiə edəcəyik. Bu maddədə deyilmir ki, əgər siz özünüz birtərəfli qaydada başqa ölkəyə hücum etmək qərarı versəniz, digər bütün tərəfdaşlar buna qoşulmağa borcludur. Bu, NATO-nun ruhuna uyğun deyil. Əgər bizdən belə bir şey gözlənilirsə, bu, əslində əsassızdır”.

 “İranla bağlı vəziyyət son dərəcə gözlənilməzdir. Biz ümidverici bəyanatlardan daha az nikbinlik doğuran addımlara keçirik”.

 “Baş verənləri izləmək demək olar ki, mümkün deyil. Bizim marağımız bu münaqişənin dayanmasındadır, çünki görünən odur ki, bu, heç bir nəticəyə aparmır”.

 “Dünya iqtisadiyyatı üçün isə bu, çox ciddi yükdür. Hesab edirəm ki, İranda nüvə silahının hazırlanmasının qarşısını almaq istəyi əsaslıdır. Əlbəttə, bu əməliyyatın nə dərəcədə yaxşı planlaşdırıldığı və həyata keçirildiyi artıq ayrı məsələdir. Görünür, hər şey o qədər də rəvan getmir”.

visiontv.az