Belarus taktiki nüvə silahı cəlb etməklə təlimlərə başlayır
07.05.2024

Belarus yaxın vaxtlarda genişmiqyaslı hərbi təlimlərə başlayacaq.

Visiontv.az  “Zerkalo.io-ya istinadən məlumatına görə, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç deyib.

Onun sözlərinə görə, Rusiya ilə sinxronlaşdırılmış şəkildə keçiriləcək manevrlərə taktiki nüvə silahlarının cəlb olunması da planlaşdırılır.

Qeyd edək ki, mayın 6-da Rusiyanın Müdafiə Nazirliyi yaxın vaxtlarda qeyri-strateji nüvə silahlarının istifadə olunacağı hərbi təlimlərin keçiriləcəyini açıqlayıb.

Kremlin rəsmi məlumatında bu addım Qərbin Ukraynaya qoşun göndərməyə hazırlaşdığı barədə informasiyanın yayılması ilə izah olunub.

visiontv.az