Bakıda silah və narkotik satışına görə 4 nəfər saxlanılıb
22.04.2024

Nəsimi rayonunda silah və narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıblar.

APA  DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Rövşən Fətullayev saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, patron darağı və 11 ədəd patron aşkar olunaraq götürülüb. R.Fətullayev silahı satmaq niyyəti ilə özündə saxladığını bildirib.

İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə narkotiklərin satışı ilə məşğul olan 1998-ci il təvəllüdlü Qadir Hüseynov, 1967-ci il təvəllüdlü Nazim Əbilov və 1979-cü il təvəlüldlü  Asif  Yaqubəliyev saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram heroin, metamfetamin və marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

visiontv.az