Talış dağları ilə Xəzər dənizi arasında uzanan sahə Azərbaycanda rütubətli subtropik iqlimin formalaşdığı yeganə unikal bölgədir. Bu iqlim əsasən Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarını tam, Cəlilabad rayonunu isə qismən əhatə edir. Talış dağları dənizdən gələn rütubətli havanı yuxarı qaldıraraq oroqrafik yağışlar yaradır və illik yağıntı 1000–1600 mm-ə çatır.
Yumşaq qış və uzun vegetasiya mövsümü subtropik bitkilərin inkişafına imkan verir: çay kolu (Camellia sinensis), limon, portağal, naringi, kivi, feyxoa, xurma, həmçinin həmişəyaşıl şabalıdyarpaq palıd və dəmirağac meşələri geniş yayılıb. Bu ekosistem Azərbaycanda nadir “yaşıl ada” formalaşdırır. Beləliklə, Talış zonası iqlim qurşağı deyil, ölkə daxilində yaranmış xüsusi nadir və məhsuldar subtropik iqlim tipidir.
Neandertal
visiontv.az