Azərbaycanın dəniz donanması 20-yə yaxın gəmi ilə yenilənəcək
23.10.2024

Yaxın illərdə Azərbaycanın dəniz donanması 20-yə yaxın gəmi ilə yenilənəcək.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, qarşıdakı aylarda "Bakı Metropoliteni" QSC 35 yeni vaqonlarla təchiz ediləcək: "Həmçinin aviasiya parkı 30-dan çox müasir təyyarə ilə yenilənməsi görülən işlərin təzahürüdür".