“Tahlil Bazaar” saytı yazıb ki, Cənubi Qafqazdakı dəhlizlərdən başlayaraq Balkan ölkələrinə enerji çatdırılması istiqamətində aparılan təşəbbüslər sürət qazanır.
Saytın məlumatına görə, Azərbaycan Avropada, xüsusilə də Balkanlarda enerji təhlükəsizliyinin təmin olunmasında önəmli aktora çevrilməkdədir.
Məqalədə vurğulanır ki, Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanı yalnız tranzit ölkə kimi deyil, enerji təminatında strateji tərəfdaş kimi təqdim edir.
Azərbaycanın bu strategiyası ölkəni regionun enerji habına çevirir. Bakının enerji siyasəti artıq sadə ticarətdən çıxaraq, strateji diplomatiyaya çevrilib. Azərbaycan Avropanın enerji sabitliyində, xüsusilə Balkan ölkələri kimi həssas bölgələrdə möhkəm və etibarlı tərəfdaş kimi tanınır...
visiontv.az