Azərbaycanda bankların xalis mənfəəti III rübdə 854 mln. manata çatıb
16.10.2024

2024-cü ilin 9 ayında Azərbaycan bank sektorunun xalis mənfəəti 853,9 milyon manata yüksəlib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,5% və ya 21 milyon manat çoxdur.

Qeyd edək ki, bank sektoru 2023-cü ilin ilk doqquz ayında 832.9 milyon manat xalis mənfəət əldə edib.

Bu ilin III rübündə Azərbaycanda ən çox xalis mənfəət əldə edən banklar arasında dövlət bankı ABB (Azərbaycan Beynəlxalq Bankı ASC) 235,1 milyon manatla liderdir. “Kapital Bank” 166,1 mln. manat xalis mənfəətlə siyahıda ikinci, "PAŞA Bank" isə 146,8 milyon manatla üçüncü olub.