Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşelər işğaldan azad edilmiş ərazilərə səfəri çərçivəsində bu gün Sərsəng su anbarında olublar.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, diplomatlar su anbarına baxış keçirib, ərazi ilə tanış olublar.
Qonaqları müşayiət edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev su anbarının fəaliyyəti, işğal zamanı ermənilərin burada törətdikləri vandallıqlar barədə ətraflı məlumat verib.
Qeyd edək ki, xarici qonaqlar səfər zamanı Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu, həmçinin digər əraziləri də ziyarət edəcəklər.