Azərbaycan və Ermənistan liderlərinin BRİCS-də apardıqları danışıqlar müsbət nəticə verir
Azərbaycan və Ermənistan liderlərinin BRİCS-də apardıqları danışıqlar müsbət nəticə verir
28.10.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

BRİCS sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşündə ilin axırına kimi sülh müqaviləsinin bağlanması müzakirə edilib. Xarici işlər nazirləri yerde qalan məsələləri razılaşdıracaq. Artıq iki dövlət arasında müharibə ehtimalı aşağı səviyyədədir.

İki ölkə arasında etimad mühiti formalaşir. Liderlərin sammit çərçivəsində və sonra apardıqları danışıqlar müsbət nəticə verir.

ABŞ -da sülh prosesini Türkiyə ilə müzakirə edir. Dövlət katibi E. Blinken Türkiyənin XİN rəhbəri Hakan Fidanla Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin perspektivləri və Ermənistan Türkiyə arasında normallaşma prosesini müzakirə etdi. Türkiyə Ermənistan münasibətləri də normallaşır. İlin axırına kimi Türkiyə və Ermənistan sərhədləri açıla bilər.

Bu danışıqların müsbət istiqamətdə irəliləyişində ABŞ-Türkiyə-Azərbaycan və Ermənistan dörd tərəfli kordinasiyada mühüm rol oynayır.

Qeyd edim ki, Azərbaycan və Ermənistan liderlərinin görüşündə Bakıda həbsdə olan separatçılarin azad olunması istiqamətində heç bir fikir mübadiləsi aparılmır. Lakin müharibədən sonra, Hadrut istiqamətində Azərbaycan hərbiçilərinə qarşı terror həyata keçirən Ermənistan ordusunun hərbiçilərinin vaxtından əvvəl azad edilməsi, danışıqlar predmeti olması mümkündür. Sülh müqaviləsinin irəliləyişi və etimad mühitinin inkişafı üçün Azərbaycan onların azad edilməsi üçün bir addım ata bilər.

Azərbaycan və Ermənistan liderləri BRİCS sammitində kifayət qədər siyasi iradə nümayiş etdirdilər. Görüş yüksək səviyyədə müsbət atmosferdə keçdi. Göründüyü kimi vasitəçisiz, ikitərəfli danışıqlar müsbət nəticə verir. Bu, prezident İlham Əliyevin ilk əvvəldən şərti idi.

Məhəmməd Əsədullazadə

visiontv.az