Mediada yazılır ki, Paşinyan sülh müqaviləsi imzalanması üçün tələsir. Əlbətdə, bu dünyada, bu coğrafiyada bizi özlərinə düşmən ediblər, amma bilirlər ki, biz olmasaq Ermənistan adlı dövlət da olmaz. Bir tarixi faktı yadınıza salacam.
1920-ci ilin mayında Ermənistanda əhalinin ərzaqla təmin edilməsində çətinliklər yarandı və elə bir aclıq günləri başlandı ki, Ermənistan İnqilab Komitəsi Moskvaya yazaraq kömək istədi. Lakin onlardan kömək gəlmədiyini görərək Tifilsə və Bakıya Ermənistan İnqilab Komitəsinin üzvləri Musaelyan - Sədr və Hərbi Komissar, Avis Nuricanyan - Xarici İşlər üzrə Komissar kömək üçün müraciət edirlər. Gürcüstan “özümüzə ərzaq çatmır” deyə kömək göstərmir.
Nəriman Nərimanovun sədri olduğu Azərbaycan İnqilab Komitəsi isə dərhal kömək etmək üçün razılıq verir. Həmin ilin mayın sonunda Azərbaycandan Ermənistana 17 vaqon çörək və 5 milyon rubl yardım edilir. Qatarla təcrübəli partiya işçiləri, kənd təsərrüfatı mütəxəssisləri gedirlər ki, orda system qurulsun. Bir müddət sonra, 1920-ci ilin yayında Azərbaycan Ermənistana 50 vaqon ərzaq, 48 çən kerosin və 200 milyon rubl göndərildi. 200 Azərbaycanlı mühəndis, aqronom və digər mütəxəssislər xalq təsərrüfatının bərpasına kömək etmək üçün Ermənistana getdilər.
Mənbə: ВОСР и победа Советской власти в Армении: сборник документов. Ереван, 1957. С. 324.
PS: Ermənilər isə bu köməyi ölkədə hakimiyyəti devirmək və Azərbaycanlıların burada sovet hökumətini qurmaq üçün plan qurduqlarını yazırlar. Məsəl üçün, Ş.Əmirxanyan, “Ermənistanda may üsyanı” adlı kitabında yazır: “Bu yardımların məqsədi Daşnak hökumətini devirmək və ölkədə sovet rejimi qurmaq məqsədi ilə Ermənistanın türk-tatar qruplarının və Rusiya və Azərbaycan bolşeviklərinin dəstəyi ilə Ermənistan Kommunist Partiyası tərəfindən təşkil edilmişdir”
Qeyd edim ki, 1920-ci ilin may ayında Azərbaycan Krım və Tatarıstanı da aclıqdan xilas etmişdir. 1920-ci ildən Bakıya Tatarıstandan mütəxəssislər və rəhbər işçilər gəlməyə başladı. Yerli hakimiyyət orqanları yeni gələnlər üçün bütün zəruri yaşayış şəraitini yaratdılar. Onlar mənzillə təmin edilmiş, ailələrinin Azərbaycan SSR-ə köçürülməsi təşkil edilmişdir. Azərbaycan SSR-in neft sənayesində işləmək üçün ölkələrin digər bölgələrindən işçilərin gəlməsi təşkil edildi. O dövrdə aclıq çəkən Moskva, Bryansk, Voronej, Volqa bölgəsi, Odessa, Nikolayev, Xarkov, Vladiqafqaz və Gürcüstandan 20 mindən çox insan Bakıya pənah gətirmiş və onlar iş, qalmaq və yeməklə təmin edilmişdilər.
GÖRÜN BUNLARI YADA SALIRLAR BU NANKORLAR?
Zaur Əliyev dosent
visiontv.az