Karlo Çippola (ital. Carlo Cipolla) məşhur italyan iqtisadiyyat tarixçisidir. O, 1988-ci ildə çap olunmuş "Allegro ma non troppo" ("Tez, lakin çox da tez deyil") adlı kitabının ikinci fəslində axmaqlıq qanunlarından bəhs edir…
Hər cəmiyyətdə genetik axmaqlıq nisbəti 2%-dir. Təhsil bu göstəricini dəyişmir.
Çippola insanları dörd sinfə ayırır: sadəlövhlər, ağıllılar, yırtıcılar və axmaqlar.
İtalyan alim axmaq insanlarla bağlı əsas qanunları belə müəyyən edir:
1. Ətrafımızda düşündüyümüzdən daha çox axmaq var;
2. Axmaqlıq insanın hansısa digər xarakterik xüsusiyyətindən asılı deyil;
3. Bir axmağın ətrafına zərər vermə ehtimalı onun iyerarxiyadakı tutduğu yüksək yerlə düz mütənasibdir;
4. Axmaq məxluq ən gözlənilməz zamanda və yerdə, səbəbsiz və plansız bir şəkildə qarşınızda peyda olur;
5. Axmaqların hərəkətləri məntiq qaydalarına uyğun olmadığı üçün onlara məntiqlə cavab vermək mümkün deyil;
6. Axmaq olmayan insan axmağın zərər vermə potensialını ciddiyə almaz, axmaqla ünsiyyətdə olmağın onları yanlış yola sürükləyəcəyini yaddan çıxarır;
7. Axmaq insan mövcud olan ən təhlükəli insan tipidir. Təcrübəli quldur belə cəmiyyəti zəiflətməz, amma axmaq adam cəmiyyətə zərər verər;
8. Geridə qalmış cəmiyyətlər axmaqları daha güclü vəzifələrə gətirirlər.
İbrahim Nəbioğlu
visiontv.az