“Azərbaycan Dağlıq Qarabağda 120.000 ermənini etnik təmizləməyə məruz qoyub”. İnanmırsız? Niyə inanmırsız ki?
Eldar Məmmədov Brüsseldə fəaliyyət göstərən xarici siyasət üzrə ekspert və Quincy İnstitutunun qeyri-rezident təqaüdçüsüdür. Məhz o, “responsiblestatecraft.org” saytında gedən məqaləsində belə yazıb.
Erməni müəlliflərin bəzisi Dağlıq Qarabağdan 100 min ermənin köç etdiyini yazır. Eldar Məmmədov isə 120 mindən danışır, yəni ermənidən daha çox ermənilik edir.
Öz millətini, dövlətini satan, erməniyə yalaqlıq edən, Qərbin müxtəlif fondlarından maliyyələşən bu tip adamlar Azərbaycan üçn real təhlükədir.
Türkiyənin CHP-si hazırda Eldar Məmmədov kimi öz milləti və dövləti ilə düşmənçilk edən, separatçı kürdə, erməniyə, itə-qurda yalaqlıq edənlərlə doludur.
Bilirsiz, Eldar Məmmədov kimi nə qədər öz qələminə erməniyə satan azərbaycanlı var? Qərb mətbuatında belələrinin yazısını oxuyanda dəli oluram. Düşünürəm ki, belə yaramazlar Azərbaycanı yaman günə qoymasa yaxşıdır...
Elbəyi Həsənli
visiontv.az