Ancelina Coli ilə telefonla danışdığına görə Nobel mükafatçısına təzyiqlər artıb
05.12.2023

Tehranın Evin həbsxanasında saxlanılan Nobel Sülh mükafatı laureatı, siyasi məhbus və insan haqları müdafiəçisi Nərgiz Məhəmmədiyə qarşı əlavə cəza tədbirləri tətbiq edilib.

Bu barədə Məhəmmədinin yaxın ailə üzvü məlumat yayıb.

Bildirilib ki, həbsxana rəhbərliyinin göstərişi ilə fəalın yaxınları ilə görüşü və telefon danışığına qadağa qoyulub.

Bu, Nərgiz Məhəmmədinin bir neçə gün əvvəl Hollivud ulduzu Ancelina Coli ilə telefon danışığından sonraya təsadüf edir.

Telefon danışığı zamanı Məhəmmədi qadın məhbuslar, həbsxanadakı şərait və İranda qadınlara qarşı təzyiqlər barədə Hollivud ulduznu məlumatlandırmışdı.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

visiontv.az