Al Naslaa qaya formasiyası Səudiyyə Ərəbistanındakı ən qədim insan məskəni olan Tayma vahəsindan 50 km cənubda yerləşir. Qaya ortadan sanki lazerlə iki hissəyə bölünüb və hər iki hissə öz kiçik postamentində balanslaşaraq olduğu kimi qalıb.
Parçalanmanın səbəbi məlum deyil, bəzilərinin fikrincə bu qaya yadplanetlilər və ya mifik varlıqlar tərəfindən mükəmməl formada ikiyə bölünüb.
Amma əslində onun küləklə sovrulan qum və ya yağışlar daxil olmaqla təbii səbəblərdən yarandığı güman edilir.
4000 ildən çox yaşı olan bu qəribə və maraq doğuran qayanın hündürlüyü təxminən 6 metr, eni isə 9 metrdir. Qayanın cənub-şərq hissəsi çoxsaylı petroqliflərlə (qayaüstü təsvir) örtülmüşdür.
visiontv.az