Tbilisidə aksiyalar zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin 171 əməkdaşı yaralanıb, onlardan bəziləri ağır bədən xəsarətləri alıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib. Qeyd olunub ki, aksiyalarda yaralanan 10-a yaxın polis əməkdaşına ağır cərrahi müdaxilə edilib, 40-a yaxın polis isə üz, baş və göz xəsarətləri alıb.
Aksiyalar zamanı 60-a yaxın oğurluq halının qeydə alındığı bildirilib.
DİN-in bəyanatında müxtəlif siyasi qrupların və təşkilatların hüquq mühafizə orqanlarının əməkdaşlarını gözdən salmağa çalışdığı qeyd olunub