Aİ rəsmisi Armen Qriqoryanla Azərbaycanla normallaşma prosesini müzakirə edib
03.04.2025

Ermənistanda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycanla normallaşma prosesini müzakirə edib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, görüşdə hər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının regiona sülh və sabitlik gətirəcəyi vurğulanıb.

Müzakirələrdə Ermənistan – Avropa İttifaqı tərəfdaşlığının gündəmini təşkil edən məsələlər də diqqət mərkəzində olub.