AFFA rəsmisi UEFA-dan təyinat alıb
10.10.2024

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb.

BAKU.WS qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Yunanıstan - İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 13-də Pirey şəhərində yerləşən "Georgios Karaiskakis" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Visiontv.az