ABŞ Konqresinin Senatında Ukraynaya əlavə yardım göstərilməsini nəzərdə tutan 54,6 milyard dollar məbləğində yeni qanun layihəsi təqdim olunub.
Bu barədə Senatın Xarici Əlaqələr Komitəsi məlumat yayıb.
Sənədin müəllifləri Nyu-Hempşir ştatından demokrat senator Cinn Şahin və Alyaska ştatından respublikaçı senator Liza Murkovskidir.
Qanun layihəsinə əsasən, yardım 2026 və 2027-ci maliyyə illəri ərzində (2025-ci il oktyabrın 1-dən başlayaraq) göstərilməlidir.
Paket birbaşa hərbi dəstəklə yanaşı, ABŞ-ın müdafiə sənayesinə investisiyaları və Birləşmiş Ştatlarda dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin yardımın maliyyələşdirilməsinə yönəldilməsini də nəzərdə tutur.
visiontv.az