Gürcüstanla ABŞ arasında yaranan siyasi böhran D. Tramp tərəfindən normallaşması gözlənilir. Vaşinqton tərəfindən Gürcü Arzusunun hökuməti arasında münasibətlər normallaşdiqdan sonra Avropa İttifaqı da Gürcüstanla siyasi əlaqələri bərpa edə bilər. Gürcüstanda müxalifətin etiraz mitinqləri nəticə verməyəcək. Müxalifət seçkiləri tanımamasina baxmayaraq mövcud reallıqları qəbul edərək, parlamentə gedəcək.
Avropa İttifaqı Gürcüstanla bağlı siyasətində sərt xətt siyasətindən imtina edəcək. Çalışacaq ki, rəsmi Tiflislə şərt dilində deyil, normal siyasi əlaqələr müstəvidə davam etdirsin. Çünki Avropa İttifaqı Şərq Tərəfdaşı ölkələrlə şərt dilində danışır. ABŞ -da D. Trampın seçilməsi ABŞ-Avropa tandemini zəifləməsinə, Cənubi Qafqaz siyasətində ayrı-ayrı siyasi xətlərə gətirib çıxarması mümkündür.
Gürcüstan da 20 il ərzində oturmuşmuş demokratik təsisatların deqradasiyaya uğraması nəticəsində Gürcü Arzusu Partiyası hakimiyyətini gücləndirəcək. Bu da Gürcüstanın zəifləməsinə və regional mövqeyini itirilməsinə gətirib çıxaracaq. Proseslər Azərbaycanın leyhine dəyişməsi gözlənilir.
Məhəmməd Əsədullazadə, MCP Başqan müavini
visiontv.az