ABŞ-ın Ukraynaya verdiyi hərbi yardım, ABŞ ordusunun müasirləşdirilməsilə nəticələnir
02.12.2023

ABŞ-ın Ukraynaya hərbi dəstəyi 2024-cü ildə prezident seçkiləri prizmasından.

Pentaqon ABŞ hərbi sənaye kompleksilə birlikdə Baydenin 2024-cü ildə yenidən prezident seçilməsinə necə kömək edir?

Hər bir ölkənin xarici siyasəti, daxili siyasətin davamıdır. Başqa sözlərlə, ölkənin xarici siyasi gündəmini müzakirə, təhlil edərkən, daxili siyasətinə əsaslanmaq lazımdır.

Bu səfər ABŞ-ın Ukraynaya verməyə planlaşdırdığı hərbi-iqtisadi yardımın ayrılması prosesinə, 2024-cü ildə keçiriləcək prezident seçkiləri prizmasından baxaq.

Hal-hazırda ABŞ-da demokratların tərəfdarı olan media platformalar bir neçə tezisi yayırlar:

- ABŞ-ın Ukraynaya verdiyi hərbi yardım, ABŞ ordusunun müasirləşdirilməsilə nəticələnir. Necə? Pentaqonun bazalarından nisbətən köhnə silahlar Ukraynaya verilir, rezervlər isə müasir silahlarla əvəzlənir.

- Bəli, əvəzlənir, bəs necə əvəzlənir? Konqresdən Pentaqona ayrılan pullarla, ABŞ hərbi sənaye nəhənglərinə silahlar sifariş olunur və Pentaqonun bazalarında nisbətən köhnə silahların əvəzinə, daha müasirlar yerləşdirilir.

- İndi isə ən maraqlı məqam və məhz bu məqam ABŞ-ın Ukraynaya hərbi yardımını Baydenin seçki kampaniyası ilə əlaqələndirir.

ABŞ-da prezident seçkilərinin nəticələrini, "bənövşəyi" ştatlar müəyyən edir və bu barədə dəfələrlə yazmışdıq.

"Bənövşəyi" ştatların əhalisi apolitikdir və seçici seçimini "soyuducusu"na uyğun edir, yəni öz maddi durumuna müvafiq olaraq.

Sizcə Pentaqonun hərbi sənaye nəhənglərinə silah sifarişlərindən sonra, hərbi sənaye kompleksi bu sifarişləri hansı ştatlarda yerləşən zavodlara yönləndirir? Bəli, "bənövşəyi". Nəticə etibarı ilə, həmin ştatlarda iqtisadi durum sürətlə inkişaf edir, əhali varlanır, yeni iş yerləri açılır. Bu gedişlə, Bayden seçkilərdə qələbə şanslarını artırmış olur.

"Həm ziyarət, həm ticarət". Həm Ukraynaya yardım, həm daxili ölkənin inkişafına təkan, həm də seçkilər barədə unutmuruq.

Politoloq Kamran Cəfərov

visiontv.az