ABŞ vasitəsiçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü mümkündür. Bu görüşdə ABŞ nümayəndəsi iştirak etməyəcək, ikitərəfli görüş olacaq. Bu, görüş həlledici olacaq və Ermənistan rəhbərliyi üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini icra etməlidir.
Baş nazir Nikol Paşinyan siyasi iradə göstərərək Azərbaycanla sülhə getməkdən başqa yolu yoxdur. Məhz ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin rəisinin Yerevana səfərində Azərbaycanla sülhün əldə edilməsi və real addımlarin atılmasıni N. Paşinyanın diqqətinə çatdırıb. Bu səfərlə paralel Tiflisdə xarici işlər nazirləri görüşdü. ABŞ dövlət katibinin E. Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəngi, növbəti görüşün razılaşdırılmasi prosesin içində Vaşinqtonun olduğu aydın görünür.
Görünür, Avropa İttifaqı bir qədər kənara çəkilib. Vaşinqtonun pərdəarxası vasitəçiliyindən N. Paşinyanın yayınması ona qarşı təzyiqlərin başlanmasına səbəb olar. Əgər, prosesi Vaşinqton aparırsa, real addımlar mütləq olmalıdır.
Azərbaycanla Ermənistan arasında birbaşa ikitərəfli danışıqlar raundu başlayır və burada ikitərəfli görüşlər Azərbaycanin təklifi ilə Tiflisdə keçirilməsi nəzərdə tutulur. Ermənistanin qərarı nə olacaq və sülhə gedəcəkmi. Bunu prezident İlham Əliyevlə baş nazir N. Paşinyanın görüşündə aydın olacaq. Ermənistan çalışacaq ki, öhdəlikləri yerinə yetirsin. Amma, Zəngəzur dəhlizi ilə bağlı spekuliyasiya edəcək. Prezident İlham Əliyevin bununla bağlı prinsipial mövqeyi və beynəlxalq hüquqa uyğun şərtləri qəbul edilib və onların yerinə yetirilməsi qaçılmazdır.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə
visiontv.az