Güney Azərbaycanın Urmu, Həmədan, Nəhavənd və Hormozqan əyalətinin mərkəzi Bəndər Abbas şəhərinin həbsxanalarında 9 məhkum edam edilib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, edam edilənlərin 5-i adam öldürməkdə, 4-ü isə narkotik maddələrin alverində günahlandırılıb.
Urmuda edam edilən 4 nəfərdən 2-i qadın, Bənfər Abbasda isə edam edilən 3 nəfər Əfqanistan vətəndaşı olub.
Qeyd edək ki, 2024-cü ildə İranda 1000-dən çox məhkum edam edilib, onlardan 975-nin kimliyini müəyyənləşdirmək mümkün olub.
Bu son 30 il ərzində İranda həyata keçirilən ən yüksək edam sayıdır.
visiontv.az