Dünya Ticarət Təşkilatının qiymətləndirmələrinə görə, yeni tariflər qlobal ticarətdə 1 faiz azalmaya səbəb olacaq. 2024-cü ildə qlobal ticarətin həcminin 33 tirlyon dollar olduğunu nəzərə alsaq dünya iqtisadiyyatına bu qərarın təsirlərini müəyyənləşdirmək çətin olmaz.
Bununla yanaşı, Vaşinqtonun son qərarı yalnız Birləşmiş Ştatlarda deyil, bütövlükdə dünya bazarında qiymətləri yüksəldəcək. Göründüyü kimi, dünya iqtisadiyyatı yeni mərhələyə qədəm qoyur: heç də asan olmayan bir dönəmə.
Millət vəkili Vüqar Bayramov
visiontv.az