11 sentyabr – İslam dünyasına qarşı böyük oyun...
11 sentyabr – İslam dünyasına qarşı böyük oyun...
11.09.2024 Bəybala Mirzəyev Tərəfindən

Bu gün təkcə sıravi amerikalılar üçün yox, həmçinin İslam dünyası üçün də olduqca ağır gündür. Üzdə "Əl-Qaidə" təşkilatı tərəfindən, əslində isə ABŞ-ın özü tərəfindən təşkil edilən Nyu-Yorkdakı məşhur “Əkiz qüllələr”ə terror hücumundan 23 il keçir.

Bildiyiniz kimi 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktlarının həyata keçirilməsi dünya liderləri və dünya mediası tərəfindən müsəlmanların “ayağı”na yazıldı. Lakin əsl həqiqətdə isə “Əl-Qaidə”çilərin müsəlmanlara, İslama heç bir aidiyyatı yox idi. Onlar Buş ailəsinin “kukla”ları idilər və ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən yönləndirilirdilər.

Məqsəd uydurma “İslam terrorizmi”, “İslam fundamentalizmi” və “Beynəlxalq terrorizm”ə qarşı mübarizə adı altında İslam dünyasına qarşı növbəti “Səlib yürüşü”nü təşkil etmək və daha sonra isə məşhur “BOP projesi”ni (“Böyük Orta Şərq” – “Greater Middle East”), eləcə də “Ərəb Baharı” ("Arab Spring") planını həyata keçirərək İslam dünyasının siyasi mənzərəsini kökündən dəyişmək və onu tamamilə Qərbdən asılı vəziyyətə salmaq idi.

Bir mətn şəkili ola bilər

ABŞ bu planı məşhur “Sivilizasiyaların toqquşması” konsepsiyasının müəllifi Semyuel Hantinqtonun və “Böyük şahmat taxtası: Amerikanın üstünlüyü və onun geostrateji imperativləri” kitabının müəllifi Zbiqnev Bzejinskinin hipotezləri əsasında həyata keçirirdi.

Beləliklə, Qərb sosializm düşərgəsinin dağılmasından sonra İslam dünyasının simasında özü üçün yeni mifik “düşmən” obrazı uydurmuşdu. Bunun nəticəsində İraqda, Əfqanıstanda, digər müsəlman ölkələrində həyata keçirilən Qərb koalisiya qüvvələrinin hərbi müdaxilələri və çevrilişləri milyonlarla müsəlmanın həyatına son qoydu. Adları çəkilən ölkələr (eləcə də Liviya, Yəmən, Suriya) sözün həqiqi mənasında əsl xarabalığa çevrildi.

Ancaq Qərb bütün bu hadisələrdən heçnə qazanmadı və İslam dünyasına qarşı böyük oyun iflasa uğradı. Və çox sonralar Qərb liderləri, nüfuzlu “beyin mərkəzləri” ciddi şəkildə yanıldıqlarını anladılar. Onlar başa düşdülər ki, sən demə, Qərb üçün potensial təhlükə mənbəyi İslam dünyası yox, tamam başqa bir qüvvə imiş...

Bəybala Mirzəyev

visiontv.az