Zelenski müharibənin ilk günlərində işlədiyi bunkeri göstərib
27.02.2026

Tammiqyaslı müharibənin başlanmasının dördüncü ildönümünə həsr olunmuş video müraciətində Ukrayna prezidenti ilk dəfə olaraq müharibənin ilk günlərində işlədiyi, kabinetinin yerləşdiyi bunkeri nümayiş etdirib:

«Bu kabinet, Bankovadakı bunkerdəki bu kiçik otaq — müharibənin əvvəlində dünya liderləri ilə ilk danışıqlarım məhz burada olub. Mən burada prezident Baydenlə danışdım və elə burada eşitdim: “Vladimir, təhlükə var, siz təcili olaraq Ukraynanı tərk etməlisiniz. Biz buna kömək etməyə hazırıq”. Mən də burada cavab verdim ki, “mənə taksi yox, silah lazımdır”.

Biz bu obyekti indiyədək heç vaxt göstərməmişdik. İndi bura boşdur. Amma müharibənin əvvəlində burada yüzlərlə insan var idi. Mən burada işləyirdim, sonra yuxarı qalxırdım və sizə, insanlara müraciət edirdim. Burada komandamız, hökumət, gündəlik iclaslar, zənglər, həll yollarının axtarışı — Ukraynanın tab gətirməsi üçün lazım olan hər şey var idi».

visiontv.az