"Traktor" 1,5 milyon dollar bonus alacaq
27.02.2026

Təbrizin "Traktor" futbol komandası Asiya Elit Liqasının 1/8 finalına yüksəlməklə Asiya Futbol Konfedrasiyasından təxminən 1,5 milyon dollar bonus alacaq.

Bu barədə idman mediası məlumat yayıb.

Asiya Futbol Konfederasiyasının açıqlamasına görə, komandalar Elit Liqada iştirak etdikləri üçün 800.000 dollar, qrup mərhələsinin hər oyununda qalib gəldikləri üçün 100.000 dollar və 1/8 finala vəsiqə qazandıqları üçün 200.000 dollar mükafat alacaqlar.

Qrup mərhələsində beş oyunda qələbə qazanan "Traktor", yarışda iştirak etdiyi üçün alacağı 800.000 dollar da daxil olmaqla, 1,3 milyon dollar bonus qazanıb.

İndi komandanın 1/8 finalda iştirakı "Traktor"a daha 200.000 dollar qazandıracaq. Şəbab Əl-Əhli üzərində qələbə və dörddəbir finala yüksələcəyi təqdirdə isə İranın Asiyadakı yeganə təmsilçisinə 400.000 dollar, yarımfinala yüksələcəyi halda isə daha 600.000 dollar qazandıracaq.

visiontv.az