Macarıstanın baş naziri Viktor Orban “Dostluq” neft kəmərinin fəaliyyətində yaranmış fasilələrlə bağlı Ukrayna ilə münasibətlərdə gərginliyin artdığını bildirib.
Onun sözlərinə görə, Macarıstan əsas enerji obyektləri ətrafında qoşun yerləşdirəcək və təhlükəsizlik tədbirlərini gücləndirəcək.
Bundan əlavə, rəsmi Budapeşt Ukrayna ilə sərhəd yaxınlığında pilotsuz uçuş aparatlarından istifadəyə qadağa tətbiq edib və Kiyevə dəstək məqsədilə Avropa İttifaqının təklif etdiyi tədbirləri bloklayıb.
visiontv.az