İranda yoxsulluq dərinləşir, rəsmilər isə pulları qaçırır
27.02.2026

İsrailin “Channel 14” telekanalının yaydığı məlumata görə, bir neçə yüksək vəzifəli İran rəsmisinin ailə üzvləri son bir ay ərzində ölkədən təxminən yarım milyard dollar vəsait çıxarıb.

Məlumatda bildirilir ki, söhbət Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, İranın ali rəhbərinin müşaviri Əli Şəmxani və ölkənin Radio-Televiziya Təşkilatı Birliyinin baş katibi Əli Kərimian, eləcə də onların oğullarından gedir.

Vəsaitlərin köçürülməsində kriptovalyuta, nağd pul və qızıldan istifadə olunur. Pulların bir hissəsinin Moskvaya, digər hissəsinin isə Sinqapura – ILT Capital adlı şirkətin hesabına yönləndirildiyi bildirilir.

Qeyd olunur ki, maliyyə axınına nəzarəti Əli Kərimianın oğlu Məhəmməd Kərimian həyata keçirir. Vəsaitlərin Dubaya köçürüldüyü və burada Əli Şəmxaninin oğlu Hüseyn Şəmxani tərəfindən qəbul edildiyi açıqlanıb.

visiontv.az