Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti beynəlxalq ictimaiyyətə müraciət edərək İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və Livan "Hizbullah"ının terror təşkilatları siyahısına daxil edilməsini istəyib.
Visiontv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Washington Post" yayıb.
Bildirilir ki, Dövlət Departamenti öz diplomatlarına fəaliyyət göstərdikləri dövlətlərin rəhbərliklərini SEPAH və "Hizbullah"ı terrorçu qruplaşmalar kimi rəsmən tanımağa inandırmağı tapşırıb. Səfirlik əməkdaşları bu tələbi cümə gününədək ən yüksək səviyyədə aidiyyəti ünvanlara çatdırmağa borcludurlar. Eyni zamanda, hər bir diplomatik nümayəndəliyə öz addımlarını İsrail diplomatları ilə əlaqələndirmək tapşırığı verilib.
visiontv.az