Trampa yalan məlumatlar verilib
01.03.2026

İran yerli raketlərin hazırlanması zamanı onların uçuş məsafəsini bilərəkdən 2 min km-ə qədər məhdudlaşdırıb.

Bu sözləri İran xarici işlər naziri Abbas Əraqçı ABŞ Prezidenti Donald Trampın İranın ABŞ-a çata biləcək yeni raketlər hazırladığı barədə açıqlamasını şərh edərkən deyib.

“Hazırda Tramp özü saxta xəbərlərin qurbanına çevrilib. Biz bu cür raketlər hazırlamırıq. Biz raketlərimizin mənzilini bilərəkdən 2 min km-ə qədər məhdudlaşdırmışıq. Bu yalnız özünümüdafiə üçündür”, - Əraqçı bildirib.

Qeyd edək ki, bundan əvvəl bəzi İran rəsmiləri, xüsusən SEPAH komandirləri ABŞ sahillərinə çata biləcək raketlər üzərində işlənildiyi barədə iddialar səsləndirmişdilər.

visiontv.az