ABŞ İrana görə 30 şəxs və quruma sanksiya tətbiq edib
01.03.2026

ABŞ İranın kölgə donanması’na və başqa bir neçə ölkədən olan şirkətlərə sanksiya tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.

Məlumata görə, 30-dan çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edilib. Siyahıya Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində olan bir sıra şirkətlər, eləcə də İran neftinin qanunsuz ticarətində və İranın ballistik raket və silah istehsalının dəstəklənməsində iştirak edən gəmilər daxildir.

Sanksiyalar aktivlərin dondurulmasını, əməliyyatların aparılmasına qadağanı və adıçəkilən şəxslərlə sövdələşmələrə cəlb olunan xarici maliyyə institutlarına qarşı ikinci dərəcəli tədbirlərin tətbiqi imkanını nəzərdə tutur.

visiontv.az