ABŞ katerinin müdaxiləsi zamanı kubalı sərhədçilər etməli olduqları addımı atıblar
01.03.2026

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, insident zamanı Kuba sərhədçiləri düzgün hərəkət ediblər və öz vəzifələrini yerinə yetiriblər. Onun digər açıqlamaları:

▪️ Rusiya Kuba ətrafındakı vəziyyətlə bağlı təmkinə çağırır;

▪️ Kremlin mövqeyinə görə, Kuba sahillərində saxlanılan katerdəkilər terror aktları hazırladıqlarını etiraf ediblər;

▪️ Heç kim Kubada humanitar məsələlərin həllinə mane olmamalıdır;

▪️ Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın “Sülh Şurası”nda iştirakının məqsədəuyğunluğu ilə bağlı mövqeyini hələ də formalaşdırır;

▪️ Rusiya və Belarus prezidentləri bu gün beynəlxalq məsələləri müzakirə edə bilərlər, lakin “Sülh Şurası” mövzusu gündəlikdə yüksək yerdə deyil;

▪️ Rusiyada neft-qaz gəlirlərində azalma var, bu isə qismən qeyri-neft-qaz gəlirlərinin artımı hesabına kompensasiya olunur.

visiontv.az