ABŞ Ədliyyə Nazirliyinin yaydığı press-relizə əsasən, ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş pilotuna Dövlət Departamentinin icazəsi olmadan Çin hərbi pilotlarını hazırlamaq ittihamı irəli sürülüb.
Bildirilir ki, ABŞ vətəndaşı, keçmiş hərbçi və pilot Cerald Eddi Braun-kiçik İndiana ştatının Ceffersonvill şəhərində saxlanılıb.
Relizdə qeyd olunur ki, Brauna Çin hərbi pilotlarına icazəsiz hərbi xidmətlər göstərmək ittihamı irəli sürülüb.
Məhkəmə iclasının 26 fevralda İndiana ştatında keçiriləcəyi planlaşdırılır.
İstintaqın versiyasına görə, o, 2023-cü ildən 2026-cı ilə qədər Çin Xalq Respublikasının pilotlarını hazırlayıb.
visiontv.az