Təbrizin "Traktor" futbol komandasının Asiya Elit Liqasının 1/8 final mərhələsinin oyunları çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin "Şəbab əl-Əhli" komandası ilə keçirilməsi planlaşdırılan qarşılaşması ləğv edilib.
Bu barədə İranın "İSNA" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, aprelin 14-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilməli olan oyun İran İdman və Gənclər Nazirliyinin qərarı ilə ləğv edilib.
Nazirlik yaydığı bəyanatda İran idmançılarının "düşmən" ölkələrdə keçirilən yarışlara qatılmayacağını bildirib:
"Düşmən hesab edilən və İran idmançılarının və onların müşayiətçilərinin təhlükəsizliyini təmin edə və zəmanət verə bilməyən ölkələrdə İran milli və klub komandalarının iştirakı növbəti xəbərdarlığa qədər qadağandır".
visiontv.az