AKİ Rasim Balayevin yerinə təyinatın nə vaxt reallaşacağına aydınlıq gətirib
31.03.2026

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədrin seçilməsi Xalq artisti Rasim Balayevin qırx mərasimindən sonra baş tutacaq.

Qeyd edilib ki, o vaxta kimi təşkilati məsələlərlə bağlı heç bir addım atılmayacaq: “Nizamnaməyə əsasən, AKİ-də operativ məsələləri katiblik həll edir. Qırx mərasimindən sonra təşkilati addımlar atılacaq və nizamnaməyə görə sədr Ümumi qurultayda seçiləcək”.

Xatırladaq ki, mərhum Xalq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilmişdi.

Qeyd edək ki, o, martın 29-u İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib. Xalq artistinin cənazəsi dünən Bakıya gətirilib. Azərbaycan Dövlət  Akademik Milli Dram Teatrında Rasim Balayevlə vida mərasimi keçirilib və o, I Fəxri xiyabanda dəfn edilib.

visiontv.az